İçərisində 7 nəfərin olduğu helikopter itib

İçərisində 7 nəfərin olduğu helikopter itib
  08 Sentyabr 2018    Oxunub:2524
Nepal Federativ Demokratik Respublikasının dağlıq ərazisində göyərtəsində 7 nəfər – 1 pilot və 6 sərnişinin olduğu mülki helikopter itkin düşüb.
AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, mülki helikopter paytaxt Katmandunun şimal-qərbində, Himalay dağlarındakı 80 kilometr ərazi radiusunda yoxa çıxıb.

Katmandudakı “Tribhuvan” beynəlxalq hava limanının xilasedici helikopterləri havadan dağların üzərində, Nepal ordusunun hərbçiləri və polis isə qurudan axtarış-əməliyyat tədbirləri həyata keçirirlər.

Qeyd olunur ki, sıx duman və yağışlı hava xilasetmə əməliyyatlarını çətinləşdirir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Nepal  





Xəbər lenti