Biryulevo hadisələrinə görə hesabat veriləcək

Biryulevo hadisələrinə görə hesabat veriləcək
  23 Oktyabr 2013    Oxunub:895
AzVision.az-ın "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiya DİN və Miqrasiya Xidməti Biryulevodakı iğtişaşlarla bağlı Dövlət Duması qarşısında hesabat verəcək.

Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev, Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romodanovski və Moskva merinin regional təhlükəsizlik üzrə müavini Aleksandr Qorbenko Dövlət Dumasında çıxış edəcəklər.

Xatırladaq ki, oktyabrın 10-da Moskvanın Qərbi Biryulevo rayonunda naməlum şəxs yerli sakin Yeqor Şerbakovu qətlə yetirərək hadisə yerindən uzaqlaşıb. Bu insident oktyabrın 13-də rayonun ərazisində iğtişaşlara səbəb olub, nəticədə 400-dək insan saxlanılıb. Qətli törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov həbs olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti