Kürd terrorçular Əsəd qüvvələrinə hücum etdi – 7 ölü

Kürd terrorçular Əsəd qüvvələrinə hücum etdi – 7 ölü
  08 Sentyabr 2018    Oxunub:3369
Suriyanın Hasəkə bölgəsinin Qamışlı rayonunda ölkə prezidenti Bəşər Əsədə bağlı qüvvələrlə bu əraziyə nəzarət edən YPG/PYD kürd terrorçuları arasında silahlı qarşıdurma baş verib.
AzVision.az “Milliyet”ə istinadən xəbər verir ki, silahlı atışma nəticəsində Əsəd hökumətinin 7 əsgəri öldürülüb. Terrorçular arasında isə çoxsaylı yaralı var.

Qarşıdurmaya səbəb Hasəkə-Qamışlı yolu üzərində nəzarət məntəqəsi quran hökumət qüvvələrinin Qamışlıdakı gəncləri saxlaması olub. Buna qarşı çıxmağa çalışan kürd türrorçuları rejim qüvvələrinə hücum edib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Suriya   YPG/PYD  





Xəbər lenti