Güləşçilərimiz beynəlxalq turnirdə üç medal qazanıb

Güləşçilərimiz beynəlxalq turnirdə üç medal qazanıb
  08 Sentyabr 2018    Oxunub:5658
Rusiya Federasiyasının Saxa Respublikasının Yakutsk şəhərində Dmitri Korkinin xatirəsinə həsr olunan sərbəst güləş üzrə beynəlxalq turnir davam edir.
Azərbaycan Güləş Federasiyasından AzVision.az-a verilən məlumata görə, yarışda məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında ölkəmizi 7 güləşçi təmsil edir. Sentyabrın 7-də üç güləşçimiz fəxri kürsüyə qalxıb. Nurməhəmməd Hacıyev (97 kq) qızıl, Pərviz İbrahimov (57 kq) gümüş, Hacımurad Ömərov (74 kq) isə bürünc medal qazanıb.

Bundan başqa, 61 kiloqram çəki dərəcəsində güləşən idmançılarımızdan Əhmədnəbi Qvarzatilov yarışın finalına yüksəlib. Həmin çəkidə yarışan Məhəmmədhacı Kasumov mübarizəni dayandırıb. İbrahim Yusubov (79 kq) isə bürünc medal qazana bilər. Ə.Qvarzatilov və İ.Yusubov həlledici görüşlərini sentyabrın 8-də keçirəcək.

AzVision.az


Teqlər: Güləş  





Xəbər lenti