Gürcüstanda 42 nəfər prezident olmaq istəyir

Gürcüstanda 42 nəfər prezident olmaq istəyir
  08 Sentyabr 2018    Oxunub:2443
Gürcüstanda 42 nəfərin prezidentliyə namizədliyi irəli sürülüb.
Bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi Anna Mikeladze məlumat verib. Bildirib ki, onlardan 23-nün namizədliyi təşəbbüs qrupları, 19-u isə siyasi partiyalar tərəfindən irəli sürülüb.

Gürcüstan qanunvericiliyinə və prezident seçkiləri ilə əlaqədar MSK-nın müəyyən etdiyi tədbirlər planına uyğun olaraq namizədliyin irəli sürülməsi müddəti sentyabrın 8-də başa çatıb. Bundan sonra namizədlər topladıqları imzaları və digər sənədləri sentyabrın 18-dək MSK-ya təqdim etməlidirlər. Prezidentliyə namizədin qeydiyyatı üçün 23 min 923 imza (ümumi seçicilərin sayının 0,75 faizi) tələb olunur.

MSK isə sentyabrın 28-dək imzaları və tələb olunan digər sənədlərin doğruluğunu yoxlayıb həmin şəxslərin namizədliyini təsdiq etməlidir.
Mikeladzenin sözlərinə görə, 42 nəfərdən dördünün namizədliyi artıq qeydə alınıb.

Bunlar “Avropa Gürcüstanı-Azadlıq uğrunda hərəkat” Partiyasının lideri David Bakradze, Mixail Saluaşvili (Ədalətin bərpası “Xalqın səsi”), Zviad Baqdavadze (“Vətəndaş platforması-Yeni Gürcüstan”) və Şalva Natelaşvilidir (“Gürcüstan Leyboristlər Partiyası”). (AzərTAc)

AzVision.az


Teqlər: Gürcüstan   Seçki   Namizəd  





Xəbər lenti