Paşinyan Putini Ermənistanın işlərinə qarışmamağa çağırdı

Paşinyan Putini Ermənistanın işlərinə qarışmamağa çağırdı
  08 Sentyabr 2018    Oxunub:3641
"Rusiya-Ermənistan münasibətləri bundan sonra da iki ölkənin maraqlarına hörmət və daxili işlərinə qarışmamaq prinsiplərinə əsasən qurulacaq"

AzVision.az xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşdə deyib.
“Əminəm ki, iki ölkə arasında bu məsələlər həll ediləcək və biz müttəfiqlik münasibətlərimizdən irəli gələn maraqlara, ölkəmizin maraqlarına, suverenliyinə və bir-birlərinin daxili işlərinə qarışmamaq prinsiplərinə hörmətə əsaslanacağıq” - Paşinyan bildirib.

Erməni baş nazirin sözlərinə görə, iki ölkənin mediasında pessimist məqalələrə rəğmən qarşılıqlı tərəfdaşlıq "dinamik" şəkildə inkişaf edir.

AzVision.az


Teqlər: Paşinyan   Putin   Rusiya  



Xəbər lenti