İranda polislərə hücum edilib - 3 nəfər ölüb

İranda polislərə hücum edilib - 3 nəfər ölüb
  09 Sentyabr 2018    Oxunub:2077
İranın Hormozqan vilayətində polis bölməsinə silahlı hücum edilib.
AzVision.az xəbər verir ki, naməlum şəxslər Tukahur rayonunun Mina dairəsində yerli polis bölməsinə atəş açıblar. Hadisə nəticəsində iki polis həlak olub, ikisi isə yaralanıb.

Yaralı polislərdən biri xəstəxanada dünyasını dəyişib. Cinayətkarların tapılması üçün axtarışlar aparılır.

AzVision.az


Teqlər: İran   Polis  



Xəbər lenti