Qəzaya düşən İqor Dodon: "Vəziyyətim normaldır"

Qəzaya düşən İqor Dodon: "Vəziyyətim normaldır"
  09 Sentyabr 2018    Oxunub:2197
Moldova prezidenti İqor Dodon yol qəzası zamanı ciddi xəsarət almadığını bəyan edib.
Moldovanın “Komsomolskoy pravdı” nəşrinə açıqlamasında İ.Dodon deyib: “Heç bir yara, zədə və əzilmə yoxdur. Vəziyyətim normaldır”.

Qeyd edək ki, bazar günü Moldova prezidenti İqor Dodon yol qəzasına düşüb. Prezidenti aparan avtomobil dövlət təhlükəsizlik xidmətinin kortejdə olan avtomobillə toqquşub. Qəza nəticəsində dövlət başçısı xəstəxanaya yerləşdirilib.

AzVision.az


Teqlər: Qəza  





Xəbər lenti