İqor Dodonun anası və oğlu qəzada yaralanıb

İqor Dodonun anası və oğlu qəzada yaralanıb
  09 Sentyabr 2018    Oxunub:1818
Moldova prezidenti İqor Dodonun avtomobilinin qəzaya uğraması zamanı anası və oğlu xəsarət alıb.
Bu barədə Moldova Milli Polisi məlumat yayıb. Onların sağlıq durumları barədə rəsmi məlumat verilmir.

Yerli mətbuatın yazdığına görə, yol qəzası zamanı Moldova prezidentinin anası ağır xəsarət alıb.

Moldova parlamentində Sosialistlər Partiyasından olan deputat Vlad Betrınça mətbuata açıqlamasında bildirib ki, bu yol qəzası təsadüfi deyil və ölümə cəhddir.

Qeyd edək ki, bazar günü Moldova prezidenti İqor Dodon yol qəzasına düşüb. Moldova polisinin baş idarəsinin mətbuat xidmətinin rəhbəri Mariana Betsivu bildirib ki, prezidentin avtomobili toqquşma nəticəsində aşıb.

Məlumata görə, prezidenti aparan avtomobil dövlət təhlükəsizlik xidmətinin kortejdə olan avtomobillə toqquşub.

Qəza nəticəsində dövlət başçısı xəstəxanaya yerləşdirilib. Moldova prezidenti mətbuata açıqlamasında vəziyyətinin normal olduğunu qeyd edib. (AzərTAc)

AzVision.az


Teqlər: Qəza   İqor-Dodon  





Xəbər lenti