Moldova prezidentinin qəzaya düşdüyü an - VİDEO

Moldova prezidentinin qəzaya düşdüyü an - VİDEO
  10 Sentyabr 2018    Oxunub:3296
Xəbər verdiyimiz kimi, bu gün Moldova prezidenti İqor Dodon yol qəzasına düşüb. Moldova polisinin baş idarəsinin mətbuat xidmətinin rəhbəri Mariana Betsivu bildirib ki, prezidentin avtomobili toqquşma nəticəsində aşıb.

Qəza nəticəsində İqor Dodon xəstəxanaya yerləşdirilib. O, mətbuata açıqlamasında vəziyyətinin normal olduğunu deyib.
Moldova Dövlət Mühafizə Xidməti qəzanın görüntülərini yayıb. Kadrlardan yük maşınının qarşı yola çıxdığı və prezidentin olduğu avtomobilə çırpıldığı görünür. Deputat Vlad Betrınça hesab edir ki, yol qəzası təsadüfi deyil və ölümə cəhddir.



AzVision.az


Teqlər: Qəza  





Xəbər lenti