Ermənistanda qalmaqallı həbslər davam edəcək - Putin razılıq verib?

Ermənistanda qalmaqallı həbslər davam edəcək - Putin razılıq verib?
  10 Sentyabr 2018    Oxunub:2009
Rəsmi İrəvan 2008-ci ilin 1 mart hadisələri üzrə açılan cinayət işi çərçivəsində həbslərin davam edəcəyini və Rusiyanın narazlığının nəzərə alınmayacağını bəyan edib.
AzVision.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bununla bağlı fikirlərini “Kommersant” nəşrinə müsahibəsində bildirib.

“2008-ci ilin 1 mart hadisələri üzrə açılan cinayət işi çərçivəsində Rusiya prezidenti Vladimir Putinin kifayət qədər yaxın dostu hesab edilən eks-prezident Robert Koçaryana, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturova qarşı cinayət işi açıldığı zaman Moskva aydın şəkildə bildirdi ki, bu, onun xoşuna gəlmir. Siz bu mövzuları Putinlə müzakirə etdinizmi? Nəzərə alsaq ki, Vladimir Putin Robert Koçaryanı avqustun 31-də ad günü münasibətilə telefonla təbrik etdi” sualına Paşinyan cavab verib:

“Vladimir Putin insani əlaqələri və münasibətləri yüksək qiymətləndirən şəxsdir. Bunu şərh etmək və bundan böyük siyasi nəticələr çıxarmaq lazım deyil. Biz əlbəttə ki, bir çox məsələləri müzakirə etdik. Demək istəyirəm ki, Ermənistanda cinayət işi konkret şəxslərə qarşı deyil, cinayət məcəlləsinin pozulması faktı ilə açılır. Ermənistanın bütün vətəndaşları qanun qarşısında bərabərdir və əgər cinayət məcəlləsinin pozulması faktı varsa, cinayət işi açılır və açılacaq da”.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Paşinyan   Putin  





Xəbər lenti