Rusiya Ermənistana silah satışını davam etdirəcək

Rusiya Ermənistana silah satışını davam etdirəcək
  10 Sentyabr 2018    Oxunub:1440
“Rusiya silahlarının Ermənistana tədarükünün planlı şəkildə davam etməsi barədə razılıq əldə olunub”.

AzVision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Kommersant” nəşrinə verdiyi müsahibədə bəyan edib. Onun sözlərinə görə, bu sahədə problem olmayacaq:
“Söhbət kreditlə satılan silahlardan gedir. Digər imkanları da müzakirə edəcəyik. Çünki, bu çox əhəmiyyətli əməkdaşlıqdır. Mən hesab edirəm ki, aramızda bu sahədə hər hansı bir problem yaranmayacaq”.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Rusiya   Ermənistan   Silah  



Xəbər lenti