Kamikadze özünü neft şirkətində partlatdı

Kamikadze özünü neft şirkətində partlatdı
  10 Sentyabr 2018    Oxunub:1187
Paytaxtı Tripolidə yerləşən Liviyanın Milli Neft Korporasiyasının ofisinə silahlı hücum edilib.
AzVision.az xəbər verir ki, bu barədə “Al-Arabia” telekanalı "Tvitter" səhifəsində məlumat yayıb. Qeyd olunur ki, ofisə daxil olan terrorçu-kamikadze özünü partladıb.

“Asharq Al-Awsat” qəzeti isə bildirib ki, Liviyanın Milli Neft Korporasiyasının binasına 3 maskalı şəxs silahlı hücum edib.

“Reuters”in məlumatına görə, neft şirkətinin binasında 5 partlayış səsi eşidilib. Hadisə yerinə çoxsaylı polis və təcili tibbi yardım maşınları cəlb olunub. Binanın içərisində ölənlərin olduğu və 6 nəfərin yaralandığı bildirilir. Ölənlərin dəqiq sayı bilinmir. Terrorçular isə hələ də binadadırlar.

Qeyd edək ki, Liviyanın paytaxtı Tripoli son zamanlar müxtəlif silahlı qruplaşmalar arasında qarşıdurma meydanına çevrilib.

Leyla Elbrusqızı
AzVision.az





Teqlər: Liviya   Tripoli   Neft  





Xəbər lenti