ATƏT etibarını itirir – Polşalı nazir

ATƏT etibarını itirir – Polşalı nazir
  10 Sentyabr 2018    Oxunub:1131
Ukraynanın şərqindəki münaqişə həll olunmayınca, ATƏT öz etibarını bərpa edə bilməyəcək.
AzVision.az xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Yatsek Çaputoviç ATƏT-in insan ölçüsü sahəsində öhdəliklərin yerinə yetirilməsi üzrə iclasında deyib.

“Ukraynanın şərqində davam edən silahlı münaqişə bu gün də ATƏT üçün başlıca təhdid olaraq qalır. Münaqişə nizamlanmadığı müddətcə, təşkilata olan inam şübhə altında olacaq”, – deyə Çaputoviç bəyan edib.

Qeyd edək ki, 2014-cü ilin Maydan hadisələrindən etibarən Şərqi Ukraynada – Donbassda hökumət qüvvələrilə qarşıdurma indiyədək davam edir. Donbass əyalətində yerləşən Luqansk və Donetsk münaqişə rayonlarıdır və özlərini “müstəqil” respublika elan etsələr də, beynəlxalq birlik tərəfindən tanınmırlar. Ukrayna böhranının 2014-cü il Minsk razılaşmaları üzrə nizamlanmasilə Rusiya, Ukrayna, Almaniya və Fransanın iştirakilə “Normand formatı” məşğul olur. BMT-nin statistikasına əsasən, 10 mindən çox insan Ukraynadakı münaqişənin qurbanı olub.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Polşa   Ukrayna   ATƏT  





Xəbər lenti