Qurbanov iki futbolçunu millidən kənarlaşdırdı

  10 Sentyabr 2018    Oxunub : 6244
Qurbanov iki futbolçunu millidən kənarlaşdırdı
Bu gün Millətlər Liqasının 2-ci turunda Malta ilə qarşılaşacaq yığmamızın heyətində dəyişiklik edilib.
UEFA-nın saytında yer alan məlumata əsasən, iki futbolçu millidən kənarlaşdırılıb. Baş məşqçi Qurban Qurbanov müdafəçi Bəxtiyar Həsənalızadə (“Sumqayıt”) və hücumçu Ruslan Qurbanovun (“Səbail”) adını siyahıdan çıxarıb.

Əvəzində Millətlər Liqasının 1-ci turunda Kosovo ilə oyunda (0:0) iştirak etməyən Namiq Ələskərovun adı 23-lüyə daxil edilib.

AzVision.az

Teqlər: Milli   Qurban-Qurbanov