Sarkisyanın qardaşı oğlu 50 milyona zaminə buraxıldı
Qeyd edək ki, Serj Sarkisyanın qardaşı, biznesmen Aleksandrın oğlu Ayk Sarkisyana qarşı məqsədyönlü şəkildə insan həyatına qəsdə cəhd, qanunsuz silah və hərbi sursat əldə edilməsi və saxlanılması maddələri üzrə cinayət işi açılıb. Məhkəmənin Ayk Sarkisyan barədə həbs-qətimkan tədbirinin seçilməsinə dair qərarı ilə o, Ermənistanı tərk etmək istəyərkən Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdı. Aykın doğma qardaşı Narek Sarkisyan da axtarışa verilib. O, narkotik və silah saxlanılmasında, həmçinin qiymətli incəsənət nümunələrinin oğurlanmasında ittiham edilir.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: Ermənistan Sarkisyan