MAQATE-dən önəmli İran açıqlaması

MAQATE-dən önəmli İran açıqlaması
  10 Sentyabr 2018    Oxunub:1364
İranın nüvə proqramına dair Hərtərəfli müştərək fəaliyyət planı çərçivəsində Tehran öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyə davam edir.
AzVision.az xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) baş direktoru Yukiya Amano bəyan edib. Onun sözlərinə görə, rəsmi Tehran nüvə proqramına dair beynəlxalq sazişin müddəalarına tam əməl edir.

“Hərtərəfli müştərək fəaliyyət planına uyğun olaraq İran öz öhdəliklərini yerinə yetirməyə davam edir. İranın bu öhdəliklərin icrasını tam şəkildə davam etdirməsi vacibdir”, - deyə Amano vurğulayıb.

Xatırladaq ki, mayın 8-də ABŞ prezidenti Donald Tramp Amerikanın birtərəfli qaydada Hərtərəfli müştərək fəaliyyət planından çıxdığını bəyan edib. 7 avqustdan etibarən Vaşinqton İranın nüvə proqramı ilə əlaqadar əvvəlki sanksiyalarını bərpa edib. Sanksiyalar İranın avtomobil sektoruna, həmçinin, qızıl və digər metalların satışı sahəsinə tətbiq edilməyə başlayıb. Bununla əlaqədar olaraq, İranın alüminium, polad, qrafit, kömür, həmçinin sənaye müəssisləri üçün kompüter proqramlarının ticarəti dayandırılıb. Sanksiyaların ikinci mərhələsi isə 4 noyabrda qüvvəyə minəcək. Onlar İranın enerji və bank sektorunu əhatə edəcək.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İran   MAQATE   ABŞ  





Xəbər lenti