Terrorçu bələdiyyə binasına hücum etdi: 6 ölü, 16 yaralı

Terrorçu bələdiyyə binasına hücum etdi: 6 ölü, 16 yaralı
  10 Sentyabr 2018    Oxunub:1331
Somalinin paytaxtı Moqadişuda yerli bələdiyyə binasına terror hücumu edilib.
AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, içərisində bomba olan maşın bələdiyyə binasına çırpılaraq partlayıb. Nəticədə 6 nəfər ölüb, 16-sı yaralanıb. Ölənlərin çoxu bələdiyyə işçiləridir. Yaralılar xəstəxanaya yerləşdirilib. Lakin vəziyyətləri ağır olduğundan ölü sayının artacağı istisna edilmir.

Hücum nəticəsində bələdiyyənin binası demək olar ki, tamamilə dağılıb. Terror aktına görə məsuliyyəti “Əl-Şəbab” qruplaşması öz üzərinə götürüb.

Qeyd edək ki, “Əl-Qaidə” terror təşkilatının Somalidəki qanadı olan “Əl-Şəbab” qruplaşması 2004-cü ildən etibarən Somali hökümətini devirməyə və ölkədə İslam Dövləti yaratmağa çalışır. Qruplaşmanın təkcə ötən ildəki terror hücumlarının mindən çox qurbanı olub.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Somali   Afrika   “Əl-Şəbab”  





Xəbər lenti