Baxtadze İrəvanda danışıqlar aparır

Baxtadze İrəvanda danışıqlar aparır
  10 Sentyabr 2018    Oxunub:1345
Gürcüstanın baş naziri Mamuko Baxtadze İrəvana rəsmi səfəri çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, təkbətək görüşdən sonra tərəflər birgə mətbuat konfransı keçiriblər.

Paşinyanla Baxtadze iki ölkə arasında iqtisadi-siyasi, humanitar, nəqliyyat sahələrindəki ikitərəfli münasibətləri müzakirə ediblər. Paşinyan Ermənistanla Gürcüstan arasındakı ticarət dövriyyəsini 1 milyard dollara yüksəltmək niyyətində olduqlarını bildirib.

Bundan əlavə, Mamuka Baxtadzenin Ermənistan prezidenti Armen Sarkisyan və parlamentin sədri Ara Babloyanla da görüşü nəzərdə tutulub.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   Gürcüstan  





Xəbər lenti