Separatçı Fəxrəddin Abbasov Rusiyada həbs edildi

Separatçı Fəxrəddin Abbasov Rusiyada həbs edildi
  10 Sentyabr 2018    Oxunub:5620
Azərbaycan tərəfindən Cinayət Məcəlləsinin 281.2, 283.1 maddəsi ilə dövlətlərarası axtarışa verilən separatçı Fəxrəddin Abbasov (Aboszadə) Rusiyada həbs edilib.

AzVision.az “Regnum” saytına istinadən xəbər verir ki, Moskva vilayətinin Lüberets Şəhər Məhkəməsi F.Abbasovun Azərbaycana təhvil verilməsini təmin etmək üçün onun barəsində bir ay müddətinə həbs qətimkan tədbiri seçib.
F.Abbasova qarşı cinayət işi 12 iyul 2018-ci il tarixində qaldırılıb. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 14 iyul tarixli qərarı ilə onun cinayət məsuliyyətinə cəlb olunması barədə hökm çıxarılıb və dövlətlərarası axtarışa verilib.

Qeyd edək ki, F.Abbasov Azərbaycanın müstəqilliyinin, milli dövlətçiliyimizin düşməni olan talış separatçılarının dırnaqarası lideri Əlikram Hümbətovun yaxın adamı olub. 1993-cü ildə Azərbaycanda separatçılıq fəaliyyəti ilə məşğul olan F. Abbasov 1994-cü ildə Rusiyaya qaçıb və orada yaşayıb. O, Ermənstanda dəfələrlə səfərdə olub və Azərbaycan əleyhinə çıxışlar edib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Rusiya   Azərbaycan  





Xəbər lenti