Səudiyyə şahzadəsi Parisdə qarət olunub

Səudiyyə şahzadəsi Parisdə qarət olunub
  10 Sentyabr 2018    Oxunub:1267
Fransanın paytaxtı Parisdə yerləşən Ritz otelində Səudiyyə Ərəbistanının şahzadəsi qarət olunub.
AzVision.az “France info”ya istinadən xəbər verir ki, onun oteldə qaldığı otaqdan 800 min avro dəyərində zinət əşyaları oğurlanıb.

Şahzadənin bu cür dəyərli zinət əşyalarını otaqdakı seyfdə saxlamaması oğruların işini asanlaşdırıb. Lakin polisin məlumatına görə, otaqda heç bir qırılma, yaxud qapının zorla açılma izləri aşkarlanmayıb.

Hazırda şahzadənin şikayəti üzrə oğurluğun istintaqı ilə Parisin mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsi məşğul olur.

Leyla Elbrusqızı
AzVision.az





Teqlər: Səudiyyə   Fransa  





Xəbər lenti