Pişiklər üçün 5 ulduzlu otel açıldı

Pişiklər üçün 5 ulduzlu otel açıldı
  10 Sentyabr 2018    Oxunub:1833
İtaliyada pişiklər üçün 5 ulduzlu otel istifadəyə verilib. Oteldə pişiklər üçün əyləncəli salonlar, hər cür rahatlıqla təmin edilən fərdi otaqlar və baş aşpazlar tərəfindən hazırlanan xüsusi yemək menyuları təklif edilir.
AzVision.az xarici KİV-nə istinadən xəbər verir ki, oteldə pişiklərin bir günlük istirahətinin qiyməti olduqca ucuzdur – cəmi 15 avro. Bu məbləğə hər şey, hətta yemək də daxildir.

Mehmanxananın sahibləri bildirirlər ki, onların oteli pişiklərin metal qəfəslərdə qapalı və qayğısız qaldıqları digər pansionatlardan fərqlənir.

“Biz pişikləri 3-4 aylığından başlayaraq qəbul edirik. Onlar mütləq peyvənd sertifikatına malik ev pişiyi olmalı və bütün digər qonaqlarımızın təhlükəsizliyi üçün mütəmadi şəkildə baytar tərəfindən yoxlanılmalıdır”, – deyə pişiklər üçün açılan 5 ulduzlu otelin rəhbərliyi bildirib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İtaliya  





Xəbər lenti