Peşə təhsili sahəsində Almaniya təcrübəsi öyrənilir

Peşə təhsili sahəsində Almaniya təcrübəsi öyrənilir
  10 Sentyabr 2018    Oxunub:7626
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində “Lənkəran İqtisadi Rayonunda Model Peşə Təhsili Mərkəzinin yaradılmasına dəstək” və “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihələri çərçivəsində seminar keçirilib.
Təhsil Nazirliyindən AzVision.az-a verilən məlumata görə, hər iki layihə Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramı çərçivəsində həyata keçirilir.

Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları, peşə təhsili müəssisələrinin nümayəndələri, layihənin və özəl sektorun təmsilçiləri iştirak ediblər.



Seminarın keçirilməsinin əsas məqsədi model və kompetensiya peşə təhsili mərkəzlərinin yaradılması istiqamətində Almaniyanın qabaqcıl təcrübəsinin öyrənilməsi və ölkəmizdə tətbiqi imkanlarının müzakirə edilməsi olub.

Layihənin beynəlxalq eksperti Rüdiger Heining kompetensiya və model peşə təhsil mərkəzlərinin yaradılması, ixtisaslar üzrə beynəlxalq standartlara cavab verən kurikulumların və modul tədris vəsaitlərinin hazırlanması, mühəndis-pedaqoji heyətin peşəkarlığının artırılması, işəgötürənlərlə əməkdaşlıq istiqamətində Almaniya təcrübəsinə dair təqdimatla çıxış edib.

Mövzu ilə bağlı geniş müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

AzVision.az


Teqlər: Təhsil-Nazirliyi   Peşə   Təhsil   Almaniya  





Xəbər lenti