Külli miqdarda narkotik aşkar edilib

Külli miqdarda narkotik aşkar edilib
  11 Sentyabr 2018    Oxunub:1010
Bakı şəhər sakini avtomobilində 6,5 kiloqramdan çox marixuana ilə tutulub.
AzVision.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini Mahir Hüseynovdan 5,370 qram marixuana götürülüb.

Onun “Niva” markalı avtomobilinin yük yerinə baxış zamanı əlavə olaraq 1 kiloqram 210 qram marixuana aşkar edilərək götürülüb.

AzVision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti