Naxçıvanda komandirlərin peşəkarlığı artırılır - FOTOLAR

Naxçıvanda komandirlərin peşəkarlığı artırılır - FOTOLAR
  11 Sentyabr 2018    Oxunub:1205
Naxçıvan Qarnizonunda tabor, divizion komandirləri və onların müavinləri ilə zabitlərin komandir hazırlığı sistemi çərçivəsində növbəti məşğələlər təşkil edilib.
AzVision.az xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzindəki trenajorlarda zabitlərin atəş və sürücülük bacarıqları yoxlanılıb. Toplantının sonunda zabitlərdən fiziki və taktiki hazırlıq, topoqrafiya və rəhbər sənədlərin tələblərini bilmələri üzrə məqbullar götürülərək bilik, bacarıq və peşəkarlıqları qiymətləndirilib.



Bundan başqa, Əlahiddə Ümumqoşun Orduda müxtəlif ixtisaslar üzrə taqım komandirləri ilə keçirilən növbəti təlim-metodiki toplantı başa çatıb. Taqım tərkibində məşğələlərin vahid metod üzrə keçirilməsinə nail olmaq məqsədi ilə hər bir ixtisasdan nümayiş, metodiki və taktiki-sıra məşğələləri keçirilib. Sonda taqım komandirlərindən məqbullar götürülərək toplantıya yekun vurulub.





AzVision.az


Teqlər: Naxçıvan   Ordu  





Xəbər lenti