Koçaryana qarşı yeni cinayət işi açılıb

Koçaryana qarşı yeni cinayət işi açılıb
  12 Sentyabr 2018    Oxunub:2480
Ermənistanın sabiq prezidenti Robert Koçaryana qarşı yeni cinayət işi başlanıb.
AzVision.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan bildirib.

Məlumata görə, Koçaryan 1 mart hadisələri ilə yanaşı maliyyə maxinasiyaları və pulların yuyulmasında ittiham olunur.

Vanetsyanın sözlərinə görə, sabiq prezidentə qarşı ittihamda söhbət yüzlərlə milyon dollardan gedir. O, qeyd edib ki, İrəvandakı “Konqress” mehmanxanasının 6 milyon dollar rüşvətlə necə alındığına dair faktlar açıqlanacaq.

AzVision.az


Teqlər: Ermənistan   Koçaryan  





Xəbər lenti