Tanınmış aktrisa 90 yaşında vəfat edib

  12 Sentyabr 2018    Oxunub : 8233
Tanınmış aktrisa 90 yaşında vəfat edib
Britaniyalı məşhur aktrisa Fenella Fildinq 90 yaşında vəfat edib.
AzVision.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti aktrisanın təmsilçisinə istinadən məlumat yayıb.

Qeyd edək ki, Fenella Fildinq iki həftə əvvəl insult keçirmişdi. O, Londonda doğulub. Fildinqə məşhurluq gətirən “Carry On”, “Pikvik klubunun qeydləri” komediya filmləri olub. Aktrisa gənclər üçün “Skins” (2007-2013) serialında da çəkilib.

AzVision.az

Teqlər: Fenella-Fildinq