“S-400”lər ABŞ-la Yunanıstanı birləşdirdi

“S-400”lər ABŞ-la Yunanıstanı birləşdirdi
  12 Sentyabr 2018    Oxunub:2230
Türkiyənin Rusiyadan "S-400" raketdən müdafiə sistemlərini alması səbəbindən ABŞ Silahlı Qüvvələrinin komandanlığı hərbi-dəniz və hərbi-hava bazalarından istifadə olunmaqla Yunanıstan ərazisində əməliyyatların miqyasının genişləndirilməsinə dair rəsmi Afina ilə danışıqlar aparır.
AzVision.az “The Wall Street Journal”a istinadən xəbər verir ki, son zamanlar Yunanıstan NATO üzrə qonşusu Türkiyənin davranışlarından narahatdır. Bu səbəbdən, Vaşinqtonla hərbi əməkdaşlığın genişləndirilməsi Afinanın maraqlarına cavab verir.

NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Kertis Skaparotti isə ABŞ qoşunlarının Yunanıstanda daimi əsasda yerləşdirilməməsini təklif edir. Onun fikrincə, Yunanıstandakı obyektlər Türkiyədəki İncirlik hərbi bazasının müvəqqəti əvəzi, yaxud dəyişdirilməsi kimi nəzərdən keçirilir.

Həmçinin qeyd olunub ki, Yunaınstan ABŞ hərbi hava qüvvələri üçün olduqca əlverişli coğrafi və geosiyasi faktorlara sahibdir. Ölkənin iqlimi və buradakı NATO obyektləri amerikalı hərbçilərə bütün il boyu hərbi hava təlimləri keçirməyə imkan verəcək.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Türkiyə   Yunanıstan   ABŞ   S-400  





Xəbər lenti