Paşinyan ABŞ-a səfər edəcək

Paşinyan ABŞ-a səfər edəcək
  12 Sentyabr 2018    Oxunub:2752
Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-a səfər edəcək.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan bu gün keçirdiyi brifinqdə məlumat verib. Onun sözlərinə görə, Paşinyan 14-15 sentyabr tarixlərində Parisə səfər edərək Fransa prezidenti Emmanuel Makron və Fransadakı erməni cəmiyyətilə görüşlər keçirəcək.

Sentyabrın sonunda isə Ermənistanın baş naziri Nyu-Yorka səfər edərək BMT Baş Assambleyasının açılışında iştirak edəcək. Paşinyanın Baş Assambleyanın iclasında çıxışı etməsi və bir sıra ikitərəfli görüşlər keçirməsi planlaşdırılıb. Görüşlərin təfərrüatı barədə daha sonra məlumat veriləcək.

Leyla Elbrusqızı
AzVision.az



Teqlər: Ermənistan   ABŞ   BMT  





Xəbər lenti