Tramp Paşinyanla görüşdən imtina etdi
Qeyd olunub ki, qərbpərəst Paşinyanın Rusiyaya mütəmadi səfərləri və bəzi addımları Qərbdə anlaşılmazlıq yaradıb. Belə ki, ABŞ ona əvvəlcədən xəbər edilmədən Rusiyanın təklifi ilə Ermənistanın Suriyaya “humanitar qoşun” göndərmək qərarının məğzini anlaya bilmir.
Qərb mətbuatı yazıb ki, həmçinin, Paşinyanın şəxsi göstərişi ilə rus mütəxəssislərin Ermənistandakı ABŞ laboratoriyalarına girişinə icazə verilməsi Vaşinqtonun xoşuna gəlməyib və Paşinyanın bu dərəcədə “sərbəstliyi” Qərbdə qıcıq doğurub.
Həmçinin vurğulanıb ki, Amerika tərəfi Paşinyana paritet tələbi irəli sürüb. Əgər ruslara icazə verilirsə, onda Ermənistandakı Rusiya laboratoriyaları da ABŞ mütəxəssislərinə açıq olmalıdır. Etibarlı mənbələrdən əldə olunan məlumatlara əsasən, bütün bu ziddiyyətləri nəzərə alan Vaşinqton Trampın Paşinyanla sentyabra təyin olunan görüşünün baş tutmayacağını bəyan edib.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: Ermənistan ABŞ BMT