Aİ Afrika ilə yeni alyans yaradır

Aİ Afrika ilə yeni alyans yaradır
  12 Sentyabr 2018    Oxunub:2695
Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Jan-Klod Yunker Afrika qitəsi ilə yeni tərəfdaşlıq əsasında əlaqələr qurulmasını və əməkdaşlıq formatının genişləndirilməsini təklif edib.
AzVision.az xəbər verir ki, bu barədə Yunker Strasburqda Avroparlamentin iclasında Aİ-də işlərin vəziyyəti ilə bağlı çıxışında bəyan edib.

O, bildirib ki, Afrika qitəsilə tərəfdaşlıq əsasında əməkdaşlıq yeni investisiyaların cəlb edilməsi və yaxın illərdə 10 milyon iş yerinin açılmasına imkan verəcək.

Avrokomissiyanın sədri həmçinin, 2019-cu ilin mayında Avroparlament seçkilərinədək Afrika ölkələrilə bu cür tərəfdaşlıq formatının inkişafı üçün vəsaitlərin ayrılması barədə qərarın operativ şəkildə razılaşdırılmasına çağırıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Afrika   Avropaİttifaqı  





Xəbər lenti