“Əl-Qaidə”dən ABŞ-a qarşı müharibə çağırışı

“Əl-Qaidə”dən ABŞ-a qarşı müharibə çağırışı
  12 Sentyabr 2018    Oxunub:2501
“Əl-Qaidə” terror təşkilatının lideri Ayman əz-Zəvahiri ABŞ-da 2001-ci ilin 11 sentyabr hadisələrinin 17-ci ildönümü ilə əlaqədar video-müraciət yayıb.
AzVision.az “Mirror”a istinadən xəbər verir ki, 30 dəqiqəlik müraciətdə terrorçuların lideri bütün müsəlmanları ABŞ-a qarşı müharibə etməyə çağırıb.

“Amerika dünyəvi dövlət olduğunu bəyan etməsinə baxmayaraq, müsəlmanların bir nömrəli düşmənidir. Bunun əsas sübutlarından biri ABŞ-ın İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürməsidir” ,– deyə Zəvahiri bildirib.

Bununla yanaşı o, Amerikanın müsəlmanların düşməni olduğunu isbatlayan və ona qarşı cihadın zəruriliyini göstərən daha 13 səbəb sadalayıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Əl-Qaidə  





Xəbər lenti