Ukrayna MDB-nin qanunverici orqanlarında iştirakını tam dayandırdı

Ukrayna MDB-nin qanunverici orqanlarında iştirakını tam dayandırdı
  12 Sentyabr 2018    Oxunub:2374
Ukrayna bundan sonra Müstəqil Dövlətlər Birliyinin (MDB) qanunverici orqanlarının daimi nümayəndəliklərinin iclaslarında iştirak etməyəcək.
AzVision.az xəbər verir ki, bu barədə Ukraynanın Belarusdakı səfiri İqor Kizim bildirib. Onun sözlərinə görə, hələ avqustda prezident Pyotr Poroşenkonun qərarı ilə Ukraynanın MDB-nin əlaqələndirici orqanlarındakı nümayəndəliyi bağlanıb.

“Bundan sonra biz daimi nümayəndəliklərin iclaslarında iştirak etməyəcəyik, çünki texniki baxımdan bizim orada iştirak etmək üçün göndərməyə adamımız yoxdur. Hazırda MDB-nin İcraiyyə Komitəsi ilə əlaqələrə cavabdeh olan diplomatımız qalıb və Ukrayna təşkilatın nümayəndələrilə həmin şəxs vasitəsilə qarşılıqlı əlaqə saxlayacaq”, – deyə kizim bildirib.

Qeyd edək ki, Maydan hadisələri və Krımın Rusiya tərəfindən ilhaqı, o cümlədən Donbassdakı hərbi münaqişə səbəbindən 2014-cü ildə Ali Radada Ukraynanın MDB-dən çıxmasına dair qanun layihəsinə baxılıb. 2018-ci ilin mayında isə prezident Pyotr Poroşenko ölkənin MDB-dəki bütün nümayəndələrinin geri çağırılması barədə qərar qəbul edib.

Leyla Elbrusqızı
AzVision.az




Teqlər: Ukrayna   MDB  





Xəbər lenti