İran konsulluğa hücuma görə ABŞ-ı günahlandırdı

İran konsulluğa hücuma görə ABŞ-ı günahlandırdı
  12 Sentyabr 2018    Oxunub:3014
İraqda əhalinin etiraz əhvalı və Bəsrədə İranın baş konsulluğuna hücum ABŞ-ın İraqda həyata keçirdiyi siyasətin nəticəsidir.
AzVision.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi bu cür bəyanatla çıxış edib. O, bu sözlərilə, Bəsrədə və İraqın digər şəhərlərində ABŞ dilomatlarına mümkün hücumlar olarsa, İranı “çevik və qətiyyətli” cavabla təhdid edən Ağ Evə mesaj göndərib.

“Bu ölkənin (ABŞ – red.) İraqdakı siyasəti yalnız sabitliyin pozulmasına və təhlükəli vəziyyətin yaranmasına səbəb olur. İraqdakı son narahatlıqlar, o cümlədən, Bəsrədə İranın baş konsulluğuna hücum da bu siyasətin nəticəsidir. Vaşinqtonun siyasəti İraqda gərginlik atmosferinin yayılması və ABŞ hökumətinin Yaxın Şərq regionunun işlərinə qarışmasilə xarakterizə olunur”, – deyə Qasemi bildirib.

İran XİN-in rəsmisi onu da vurğulayıb ki, Vaşinqton regionda ekstremizm və zorakılığı təbliğ edən və yayan qruplaşmaları açıq və gizli şəkildə dəstəkləyir. Bu səbəbdən də, ABŞ həmin qruplaşmaları dəstəkləməsinə görə beynəlxalq məsuliyyətə cəlb olunmalıdır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İran   İraq   ABŞ  



Xəbər lenti