İbtidai siniflərin dərs yükü azaldılacaq
Nazir bildirib ki, son 5 ərzində təhsilin əlçatanlığı, keyfiyyətin yüksəlməsi istiqamətinə müsbət dinamika mövcuddur: "Bu il 2090 nəfər 500-600 bal arasında nəticə göstərərək ilk olaraq müəllim ixitasını seçib. Bu da ötən tədris ili ilə müqayisədə 53.6 faiz çoxdur".
Nazir, həmçinin vurğulayıb ki, şagirdlərin dərs yükünün azaldılması istiqamətində intensiv işlər aparılıb.
"Təhsil Nazirliyi tərəfindən məktəbdaxili qiymətləndirmə qaydaları layihəsi hazırlanıb. Sabah nazirliyin kollegiya iclasında layihənin geniş müzakirələri keçiriləcək. Sonra yekun qərar veriləcək. Yeniliklərə əsasən, şagirdlərin dərs yükü, xüsusilə ibtidai sinif şagirdlərinin dərs yükündə kifayət qədər azalma nəzərdə tutulub".
Aytən Zəhra
AzVision.az
Teqlər: Təhsil-Nazirliyi Ceyhun-Bayramov