Kürdlər Türkiyəni yeni müharibə ilə hədələyir

Kürdlər Türkiyəni  yeni müharibə ilə hədələyir
  23 Oktyabr 2013    Oxunub:1096
PKK terrorçuları Şimali İraqdan Türkiyəyə geri qayıtmağa hazırlaşırlar.

AzVision. az xəbər verir ki, bu barədə Kürdüstan Cəmiyyəti İttifaqının İcraiyyə Şurasının həmsədri Cəmil Bayık Reuters`ə müsahibəsində bildirib. Türkiyəni islamçıların əli ilə Suriyada kürdlərə qarşı müharibəni hələ də davam etdirməkdə ittiham edən Bayık bildirib ki, məhz “buna görə PKK-nın cavab zərbəsi endirmək hüququ var”.

Bayık, həmçinin, 2013-cü ilin yazından başlayan kürd probleminin həlli məsələsinə də münasibət bildirib. ”Proses artıq başa çatıb. Ya onlar kürd hərəkatı ilə danışıqlar masasına əyləşməli, ya da Türkiyəyə qarşı vətəndaş müharibəsi başlayacaq”- deyə Bayık hədədləyib.

Müsahibə zamanı Cəmil Bayık, həmçinin bildirib ki, problemin sülh yolu ilə həllinin qarşılığında PKK, Türkiyədən partiya lideri Abdulla Öcalanın həbsxanada saxlanma şəraitinin yaxşılaşdırılmasını, konstitusiyaya müəyyən dəyişikliklər ediləcəyinə zəmanət və prosesə müşahidəçi qismində3-cü ölkənin qoşulmasına icazə tələb edir.

“Əgər Ərdoğan hökuməti bizim şərtlərimizi qəbul etməsə, yaxın günlərdə dəstəmizi yenidən Türkiyə ərazisinə qaytaracağıq. Hazırda bu istiqamətdə işlər davam etdirilir.”

Kürd lideri bir müddət əvvəl Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğanın “demokratik islahatlar” paketini “ cəfəngiyyat” adlandırıb. Onun sözlərinə görə, paketdə kürdlərin milli mədəni irsinin qorunacağına və doğma dildə təhsilə konstitusion zəmanət verilmir.

Bayıkın sözlərinə görə, “kürdlərlə imzalanmış atəşkəs heç bir məna kəsb etmir, çünki Türkiyə kürdlərə qarşı mübarizəsini Suriyada islamçı qruplaşmaların əli ilə davam etdirir.”

S. Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti