Dünyanı yeni qlobal iqtisadi böhran gözləyir
Qordon Braunun fikrincə, belə şəraitdə hökumətlərlə milli bankların əməkdaşlıq edəcəyini gözləmək çətindir. Çünki böhranda tərəflər məsuliyyəti bir-birinin üzərinə atacaqlar.
Britaniyalı sabiq baş nazir onu da vurğulayıb ki, bu dəfəki qlobal böhranda Çin 10 il əvvəlkitək yeni iqtisadi stimulların yaradılmasına yönələn ümumi anti-böhran siyasətinin hazırlanması üzrə Avropa ilə əməkdaşlığa getməyəcək. Səbəb isə hazırkı ticarət müharibələridir.
Braunun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın proteksionizm siyasəti beynəlxalq əməkdaşlığın qurulması yolunda ən başlıca maneədir.
Qeyd edək ki, Qordon Braun 2007-2010- cu illərdə Britaniyadakı leyborist hökumətinə başçılıq edib. Ondan əvvəl isə 10 il müddətində Birləşmiş Krallığın maliyyə naziri olub.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: Britaniya Qlonaliqtisadiböhran ABŞ







Vaxtında, Aydın, Lazımlı!


