Qazaxıstanda yük qatarı “Kamaz”la toqquşub

  13 Sentyabr 2018    Oxunub : 1772
Qazaxıstanda yük qatarı “Kamaz”la toqquşub
Qazaxıstanın Atırau əyalətində “Atırau-Həştərxan” dəmiryolu ilə hərəkət edən yük qatarı “Kamaz” markalı yük maşını ilə toqquşub. Nəticədə “Kamaz”ın 49 yaşlı sürücüsü müxtəlif bədən xəsarətləri ilə xəstənaxaya yerləşdirilib.
AzVision.az xəbər verir ki, bu barədə Atırau əyalətinin Fövqəladə Hallar Departamentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, hadisə “Atırau-Həştərxan” dəmiryolunun nəzarətsiz qalan hissəsində ehtiyatsızlıqdan baş verib. Həştərxana yola düşən 69 vaqondan ibarət qatarın neft daşıdığı bildirilib. Xoşbəxtlikdən toqquşma nəticəsində alovlanma və ya partlayış baş verməyib. Bu səbəbdən qəzanın miqyası təhlükəli hal almayıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Qazaxıstan