Xaçaturov KTMT-dəki postunu tərk edir

Xaçaturov KTMT-dəki postunu tərk edir
  13 Sentyabr 2018    Oxunub:3479
Yaxın günlərdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturov postunu tərk edəcək.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın “Jamanak” qəzeti mənbələrinə istinadək edərək məlumat yayıb.

“KTMT-nin bütün digər üzv dövlətlərinin prezidentləri Xaçaturovun bu təşkilatda tutduğu postdan geri çağırılması barədə Ermənistan rəhbərliyinin tələbinə razılıq veriblər. Amma aydındır ki, həmin vəzifəyə İrəavanın başqa bir namizəd irəli sürməsinə icazə verilməyəcək. Çox ehtimal ki, KTMT-nin yeni baş katibi Belarus təmsilçisi olacaq. Çünki rotasiya qaydalarına uyğun olaraq məhz Belarus namizəd təklif edə bilər”, – deyə qəzet yazıb.

Qeyd olunub ki, İrəvanın bu istəyinə üz dövlətlərin razılığı təşkilatın nüfuzunun daha da zədələnməsinin qarşısını almaq məqsədi daşıyıb. Belə davranışla Ermənistanın yeni rəhbərliyi müttəfiq dövlətlərin etimadına zərbə vurub. Gələcəkdə bu zərbə İrəvanın özünə qarşı yönələ bilər.

Xatırladaq ki, Yuri Xaçaturov Ermənistanda 2008-ci ilin mart qırğını ilə əlaqədar açılan cinayət işi çərçivəsində ölkənin konstitusiya quruluşunu devirməyə cəhddə ittiham olunur.

Leyla Elbrusqızı
AzVision.az






Teqlər: Ermənistan   KTMT   Belarus  





Xəbər lenti