Gizli səs yazısı yayılan erməni məmurlarla bağlı istintaq başladı
Qeyd olunub ki, həmin gizlin səs yazısında Artur Vanetsyan və Sasun Xaçatryanın vəzifə səlahiyyətlərini aşdıqlarına dair açıq-aydın faktlar var. Bu səbəbdən də, Baş Prokurorluq Cinayət Məcəlləsinin 309-cu maddəsinin 1-ci bəndini əsas tutaraq Milli Təhlükəsizlik Xidməti və Xüsusi İstintaq Xidməti rəhbərlərinə qarşı cinayət işi açmaqla İstintaq Komitəsinə göndərib. Komitə də öz növbəsində işin icraatına başlayıb.
Qeyd edək ki, məlum səs yazısında Vanetsyanla Xaçatryan ölkənin keçmiş prezidenti Robert Koçaryan və KTMT-nin fəaliyyətdə olan baş katibi Yuri Xaçaturov barəsində açılan cinayət işindən danışıblar, Telefon söhbətində Rusiyanın narazılığını nəzərə alaraq Xaçaturovun əvəzinə günahı sabiq müdafiə naziri Seyran Ohanyanın üzərinə atmağı planlaşdırıblar.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: Ermənistan