Regionu gözləyən təhlükə - Türkiyədən İdlib xəbərdarlığı
AzVision.az xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akar bu cür bəyanatla çıxış edib. Bildirib ki, Türkiyə təkcə Suriya və İraqın yox, bütün qonşularının ərazi və siyasi bütövlüyünə hörmət edir.
Hulusi Akar, həmçinin vurğulayıb ki, İdlibdə diqqətə alınması gərəkən ən vacib məqam oradakı radikal terrorçularla müxalifət arasında fərq qoymaqdır. Çünki İdlibin bombalanması yalnız dinc insanların zərər görməsinə və qaçqın düşməsinə deyil, bölgədə radikallaşmanın artmasına səbəb olacaq.
Qeyd edək ki, Bəşər Əsəd hökuməti suriyalı silahlı müxalifətin son dayaq nöqtəsi olan İdlibə hücum edərək bölgəni terrorçulardan təmizləməklə ora nəzarəti bərpa etməyə çalışır. Rusiya və İran bu məsələdə Dəməşqə dəstək versə də, Suriyada atəşkəsə üçüncü qarant ölkəTürkiyə buna qarşı çıxır.
Leyla Elbrusqızı
AzVision.az