“Eurovision-2019”un keçiriləcəyi şəhər açıqlandı

“Eurovision-2019”un keçiriləcəyi şəhər açıqlandı
  13 Sentyabr 2018    Oxunub:10899
“Eurovision-2019” mahnı müsabiqəsi mayın 14-dən 18-dək İsrailin Təl-Əviv şəhərində keçiriləcək.
AzVision.az müsabiqənin təşkilatçısının mətbuat xidmətinə istinadla xəbər verir ki, 64-cü “Eurovision” mahnı müsabiqəsi üçün Yerusəlim və Eylat şəhərləri nəzərdən keçirilib. Lakin Təl-Əviv bütün lazımi meyarlar üzrə kreativ və cəlbedici hesab olunub.

Mahnı müsabiqəsi Təl-Əvivin yarmarkalar mərkəzində 14, 16 və 18 may tarixlərində təşkil ediləcək.

Xatırladaq ki, müğənni Netta Barzilay “Eurovision-2018”də qalib gəldikdən sonra İsrail mahnı müsabiqəsini keçirmək hüququna sahib olub.

AzVision.az


Teqlər: Eurovision-2019  





Xəbər lenti