“Veysəloğlu” 700 bal toplayan abituriyentləri təbrik edib
Tədbirdə şirkətin korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində həyata keçirilən layihələr arasında təhsilə dəstək və tədrisin hər zaman öncül yer tutduğu vurğulanıb. Görüşdə həmçinin bildirilib ki, şirkət savadlı və özünü inkişaf etdirmək istəyən gənclərə karyera inkişafında daim dəstək verməyə hazırdır.
Tədbirin sonunda 700 bal toplayan abituriyentlərə “Veysəloğlu” Şirkətlər Qrupu tərəfindən hədiyyələr təqdim olunub.
Qeyd edək ki, 2018-2019-cu tədris ilində ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 29 nəfər 700 bal toplamağı bacarıb.
Xatırladaq ki, “Veysəloğlu” Şirkətlər Qrupu daim təhsillə bağlı müxtəlif layihələr həyata keçirir və təhsilə dəstək şirkətin KSM strategiyasının ən vacib istiqamətlərindən biridir. Gənclərdə oxumaq həvəsi oyatmaq, layiqli təhsil almaları üçün motivasiya yaratmaq, onların ölkəmizə layiqli vətəndaş kimi formalaşmasına dəstək olmaq şirkətin ən prioritet məqsədlərindən biridir.
Teqlər: