XİN Rusiyanın Qarabağ mövqeyinin dəyişmədiyini bəyan etdi

XİN Rusiyanın Qarabağ mövqeyinin dəyişmədiyini bəyan etdi
  14 Sentyabr 2018    Oxunub:4418
“Biz Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını və müvafiq ölkələrdə verilən bəyanatları təhlil edirik. Xatırlatmaq istərdim ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiyanın mövqeyi dəyişməz olaraq qalır”
AzVision.az xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifində səsləndirib.

XİN rəsmisi bəyan edib ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi tərəflərə kompromisin əldə olunması üçün lazımi vasitəçilik köməyini göstərməyə davam edəcək.

Onun sözlərinə görə, irəliləyişin əldə olunması üçün müvafiq şəraiti tərəflər özləri yaratmalıdır.

AzVision.az


Teqlər: Rusiya   Qarabağ   Zaxarova  





Xəbər lenti