Kənan Xəlilov fəxri kürsünün ən yüksək pilləsində

  14 Sentyabr 2018    Oxunub : 279
Kənan Xəlilov fəxri kürsünün ən yüksək pilləsində
Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyində ilk yarış günü başa çatıb.
AzVision.az xəbər verir ki, yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzə yaxın atlet iştirak edir.

Son olaraq yaşı 20-yə qədər olan atletlər 69 kq çəki dərəcəsində qüvvələrini sınayıblar. Toplam 260 kq (125+135) nəticə ilə Kənan Xəlilov qızıl medalı boynundan asıb. İkinci yeri 235 kq (105+130) nəticə ilə Nurlan Rəsulov, üçüncü yeri isə 214 kq (97+117) nəticə ilə Sahibov Həsənağa tutub.

Yaşı 23-ə qədər olan gənclər arasında mütləq qaliblər sabah bütün çəkilərdə mübarizə bitəndən sonra məlum olacaq.

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

AzVision.az

Teqlər: Kənan-Xəlilov