Sürücülərin nəzərinə - Sabah bu yollar bağlı olacaq (VİDEO)

  14 Sentyabr 2018    Oxunub : 1861
Sürücülərin nəzərinə - Sabah bu yollar bağlı olacaq (VİDEO)
Azadlıq meydanından başlayaraq Dənizkənarı Milli Park boyunca Neftçilər prospektində 15 sentyabr - Bakının daşnak-bolşevik qüvvələrinin işğalından azad olunmasının 100-cü ildönümü münasibətilə paradın keçirilməsi ilə əlaqədar bu istiqamətlər üzrə kəsişən, bitişən və paralel olan bütün küçə və prospektlərdə avtomobillərin hərəkət istiqamətində məhdudiyyət olacaq və istiqamət dəyişdiriləcək.
AzVision.az xəbər verir ki, parad bitənə qədər Bakı-Salyan yolunun 14-cü kilometrliyindən, 20-ci sahədən, Bayıl qəsəbəsindən, Bayraq Meydanından, Afiyəddin Cəlilov, Yusif Səfərov, 28 May, Səməd Vurğun, Xaqani, Azadlıq, Nizami küçə və prospektlərindən, eyni zamanda Parlament prospekti, Mikayıl Müşfiq və Mehdi Hüseyn küçəsindən Azadlıq meydanı və Neftçilər prospekti istiqamətində avtomobillərin hərəkəti dəyişdiriləcək.



Sürücülərdən alternativ yollardan istifadə etməsi tövsiyə olunur.

AzVision.az

Teqlər: DYP   Yol   Parad