Təhsil naziri hədəflərini açıqladı

Təhsil naziri hədəflərini açıqladı
  14 Sentyabr 2018    Oxunub:8408
"Təhsil Nazirliyi tərəfindən "Təhsildə keyfiyyət ili”ndə əldə olunmuş müsbət dinamikanın qorunub saxlanılması və mahiyyətcə inkişafyönlü tədbirlərin 2018-2019-cu dərs ilində də davam etdirilməsi məqsədəuyğun hesab olunub"
AzVision.az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov "Azərbaycan" qəzetində dərc olunan məqaləsində yazıb.

Nazir bildirib ki, yeni tədris ilində ilk dərslər ibtidai siniflərdə "Vətənim Azərbaycan”, V-IX siniflərdə "Dövlət rəmzləri -müstəqilliyimizin simvolu”, X-XI siniflərdə "Azərbaycan Xalq Cümhuriyyəti - dövlətçiliyimizin bayraqdarı” mövzularına həsr olunacaq.

Həmçinin bütün ümumi təhsil müəssisələrində hər iş həftəsinə pedaqoji və şagird heyəti tərəfindən Azərbaycanın Dövlət himninin ifası ilə başlanması vətənpərvərlik nümunəsi kimi ümumi norma olaraq qəbul edilib. Bu da təhsilalanların milli-mənəvi, əxlaqi dəyərlərə sahib olan və əsl Azərbaycan vətəndaşı kimi formalaşmasını təhsil müəssisələri qarşısında prioritet istiqamət olaraq müəyyənləşdirir.

Nazir bildirib ki, "Təhsildə keyfiyyət ili”ndə əldə olunmuş nailiyyətlər qarşıdan gələn növbəti dərs ilində də düzgün seçilmiş strategiya bizə öz hədəflərimizə çatmaqda kömək edəcəyinə ümid verir.

Aytən Zəhra
AzVision.az


Teqlər: Ceyhun-Bayramov  





Xəbər lenti