“Zibilə düşən” ermənilərin etirazı - Kəndlilər yolu bağladı

“Zibilə düşən” ermənilərin etirazı - Kəndlilər yolu bağladı
  14 Sentyabr 2018    Oxunub:3500
Ermənistanın Kotayk vilayətində növbəti etiraz aksiyası keçirilib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər veirr ki, Byureğavan kənd sakinləri etiraz əlaməti olaraq "Aroxc Sunk" şirkətinin istehsal müəssisəsinə gedən yolu bağlayıblar.

Etiraz aksiyasına səbəb kəndin şirkət tərəfindən istehsal tullantıları ilə zibillənməsidir. Sakinlər tullantıların insan həyatı üçün təhlükəli olduğunu əsas gətirərək ərazinin təmizlənməməsindən şikayətləniblər. Onların sözlərinə görə, aidiyyatı qurumlar müraciətlərə baxmır, kənd bərbad vəziyyətdədir.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan   Etiraz   Kənd  





Xəbər lenti