İrəvanın Azərbaycan qorxusu - Şarmazanov sərsəmlədi

İrəvanın Azərbaycan qorxusu - Şarmazanov sərsəmlədi
  14 Sentyabr 2018    Oxunub:3938
Azərbaycan və Türkiyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) regionunun cənub sərhədləri üçün "təhdiddir".

AzVision.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin sədri Leonid Kalaşnikovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.
Ermənistan-Rusiya ikitərəfli münasibətlərilə yanaşı, KTMT çərçivəsində əməkdaşlığın inkişafından danışan Şarmazanov Azərbaycanı regiona "təhdid" adlandırıb.

“Azərbaycan və Türkiyənin istəkləri nəinki Ermənistan, həm də regional təhlükəsizlik üçün böyük təhlükədir. Bu iki dövlət Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı regionunun cənub sərhədləri üçün real təhdiddirlər”, – deyə Şarmazanov sərsəmləyib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Azərbaycan   Ermənistan   Rusiya  





Xəbər lenti