Koreyalararası birgə əlaqə bürosu açıldı

Koreyalararası birgə əlaqə bürosu açıldı
  14 Sentyabr 2018    Oxunub:3187
Şimali Koreyanın Keson şəhərində Koreyalararası birgə əlaqə bürosu açılb.
AzVision.az “France-Presse” agentliyinə istinadən xəbər verir ki, açılış mərasimində iştirak edən Cənubi Koreyanın birləşmə naziri Ço Myon Qon bununla da iki Koreya dövləti arasında yeni tarixi dövrün başlandığını bildirib.

“Bu əlaqə bürosu Cənubi və Şimali Koreya arasında sülhün növbəti rəmzidir”, – deyə Myon Qon bəyan edib.

Qeyd edək ki, Cənubi Koreya prezidenti Mun Çje İn gələn həftə Pxenyana səfər edərək Şimali Koreya lideri Kim Çen Inla görüşəcək. İki liderin aprel sammitindən sonra tərəflər bir neçə sahədə birgə layihələr həyata keçirməyə cəhd edirlər.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Koreya  





Xəbər lenti